• $
  • €
  • ₽
  • ₺
  • £

General 180 min rüşvət verən polkovniki işdən çıxardı

General 180 min rüşvət verən polkovniki işdən çıxardı
29.09.2018 21:08


Adı məhkəmə qalmaqalında hallanan polkovnik işdən çıxarılıb. General polkovniki vəzifədən azad edərək sərəncama götürüb.


Qaynarinfo xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad edilib.


Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama götürülüb.
 

Qeyd edək ki, Rəsul Quliyev bir neçə gün əvvəl zərərçəkmiş kimi iştirak etdiyi məhkəmə prosesində işə düzəlmək üçün 180 min manat rüşvət verdiyini açıqlamışdı.


Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.


Sonuncu prosesdə iştirak edən Rəsul Quliyev bildirmişdi ki, 2011-ci ildə Məlahət Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul veribmiş. Lakin sonradan o, pulu geri qaytarıb.


Daha əvvəl Müdafiə Nazirliyində çalışdığını deyən R.Quliyev işə düzəlmək istəyən ərəfədə ehtiyatda olduğunu bildirib.


Qeyd edək ki, Məlahət Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.


Bu cinayət işi üzrə zərərçəkmişlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.


İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.


O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.


M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.


Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.


O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol