• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli şəhidlərin "batan" “qanpulu”ndan danışdı - "Bir qəpik də... "

Hadı Rəcəbli şəhidlərin "batan" “qanpulu”ndan danışdı - "Bir qəpik də... "
26.10.2018 10:58
Məlum olduğu kimi, Azərbaycan Prezidenti "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.

Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) "BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

 

Bəzi şəhid ailələri həlak olmuş dağmalarının adlarının həmin siyahıda olmadığını bildirirlər. Hətta buna etiraz olaraq, bir neçə dəfə müxtəlif qurumların qarşısında aksiya keçiriblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, narazılıq edənlər bir neçə nəfərdir:

"Onlara təklif olundu ki, şikayətlərini rəsmi yazaraq nazirliyə təqdim etsinlər və hazırda həmin ərizələrə baxılır”.

 

Parlamentin önündə etiraz aksiyası keçirən şəhid ailələrinin qarşısına çıxan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Modern.az-a deyib ki, hər bir şikayətə fərdi qaydada baxılır:

"Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qrup yaradılıb. Hər bir narazı vətəndaş ora ərizə ilə müraciət etməlidir. Bundan sonra onların ərizələrinə baxılacaq. Şəhidin "qanpulu”nun bir qəpiyi belə bata bilməz. Heç kimin haqqı tapdalanmayacaq. Şikayət edənlərin əksəriyyətinin adı həmin məbləği almışların siyahısında gedir. Onların içərisində haqlı və haqsız olanlar var. Amma məsələlərə fərdi qaydada baxıldıqdan sonra problem öz həllini tapacaq”.

 

Komitə sədri qeyd edib ki, Milli Məclisin qarşısında etiraz edənlər ümumilikdə təxminən 70 nəfər olub:

"Əmin olun ki, onların hamısının müraciətinə fərdi qaydada baxılacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol