• $
  • €
  • ₽
  • ₺
  • £

"30 ildir parlamentdəyəm, amma indiyədək hədiyyə almamışam" – Hadi Rəcəbli

"30 ildir parlamentdəyəm, amma indiyədək hədiyyə almamışam" – Hadi Rəcəbli
31.10.2018 13:30
"Milli Məclisin deputatı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə ala və təklif edə bilməz".

Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni 10.1-1-ci maddə təklif edilir.

Anews.az xəbər verir ki, məsələ ilə əlaqədar Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən məsələ Milli Məclisin növbəti iclaslarında müzakirə olunacaq: 

"Deputatların hədiyyə alması ilə bağlı məsələ dünyada gedən prosesdir. Əgər biz baxsaq görərik ki, Avropa İttifaqında, beynəlxalq təşkilatlarda və Avropa ölkələrində olan parlamentarilərlə bağlı buna bənzər məsələlər mövcuddur. Biz beynəlxalq hüquq və normalara qoşulduğumuz üçün Azərbaycanda da müəyyən normalar müəyyən edilir. Bu normalara da əməl etmək lazımdır. Çünki bu dünyada mövcud olan normalardır. Bilirsiniz, bu yaxınlarda deyirdilər ki, guya Avropa İttifaqı parlamentarilərinə Azərbaycanda kürü veriblər və sairə. Amma bütövlükdə bütün bunlar əsası olmayan, sübut edilməyən söz-söhbətlərdir. Bütün hallarda normalar və normativlər var. Həmin normaları biz də öz hüquqi bazamıza uyğunlaşdırırıq”.

Komitə sədri indiyədək heç zaman hədiyyə almadığını da söyləyib:

"Ömrümdə mənə millət vəkili kimi hədiyyə verilməyib. Artıq 30 ildir ki, Parlamentdəyəm, amma indiyədək millət vəkili kimi hədiyyə almamışam. Mənə hədiyyəni yalnız övladlarım verib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol