• $
  • €
  • ₽
  • ₺
  • £

Ağır artilleriya düşmənin üzərinə yeriyir – Əməliyyat hər an başlaya bilər

Ağır artilleriya düşmənin üzərinə yeriyir – Əməliyyat hər an başlaya bilər
03.11.2018 17:00
Türkiyə ağır artilleriyanı Suriyada nəzarət etdiyi ərazilərə daşıyacaq.

Publika.az xəbər verir ki, bu barədə "Yeni Şəfəq” qəzeti yazıb.

Bu həmlə topların atış mənzilini daha da qısaldacaq və terrorçulara daha dəqiq zərbələr endirilməsi ilə nəticələnəcək.

Qəzet yazır ki, topların Suriyada yerləşdirilməsi bölgədə yeni dövrün başlanmasına da işarədir.

Türkiyə ordusu son günlər Fəratın şərqində PKK/PYD terrorçularının mövqelərini top atəşinə tutur. Terrorçulara ağır zərbələr endirilib.

Türkiyəli ekspert Turan Oğuz hesab edir ki, böyük əməliyyatdan öncə ilk yoxlama addımları atılır.

"Burada Fəratın şərqində əməliyyat keçiriləcəksə, ABŞ-ın göstərəcəyi reaksiyası da yoxlanılır. Müxtəlif koordinatlarda müxtəlif zərbələr endirilir, beləliklə, reaksiyalar yoxlanılır və bu reaksiyalar hərbi mütəxəssislər tərəfindən qərargahda analiz edilir. Bu baxımdan, Türkiyənin Fəratın şərqinə atdığı hər bir mərminin məqsədi var. Türkiyə Silahlı Qüvvələri hər atışdan sonra sahədəki dəyişikliyi izləyir və baş verənləri qeydə alır. Bölgədəki baş verənlər haqqında məlumat əldə etmək üçün Milli İstihbarat Təşkilatı ilə bərabər şəkildə işləyirlər”, - deyə o bildirib.

Türkiyəli ekspert qeyd edib ki Fəratın şərqini bombalayan "Fırtına” və digər artilleriyalar Suriya ərazisinə daşınacaq: "Mümkün quru əməliyyatı zamanı artilleriya birlikləri də hərəkətə keçəcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol