• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident və birinci xanımdan Amaliya Pənahovanın vida mərasimi ilə bağlı tapşırıq

Prezident və birinci xanımdan Amaliya Pənahovanın vida mərasimi ilə bağlı tapşırıq
09.11.2018 14:58
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib: "Amaliya Pənahova Azərbaycan teatrı üçün bəlkə də əvəzolunmaz şəxslərdən biridir. Bu hadisəyə cəmiyyətimiz tərəfindən olan reaksiya bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının ayrılmaz bir hissəsidir. Amaliya Pənahova əvəz olunmaz şəxsiyyətlərdən biridir. Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verərək, bildirdi ki, vida mərasimi yüksək səviyyədə keçirilsin". 

A.Pənahovanın cənazəsi vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
Qeyd edək ki, A.Pənahova ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. "Şöhrət" və "Şərəf" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.//axsam.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol