• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov generallarla görüşün detallarını açıqladı

Zakir Həsənov generallarla görüşün detallarını açıqladı
21.11.2018 13:47
"Azərbaycan-Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin 4-cü üçtərəfli görüşü Türkiyədə keçiriləcək".

Anews.az xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. 

O qeyd edib ki, Azərbaycanın müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaianın Bakı görüşü üç qardaş ölkənin rəhbərlərinin tapşırıqları əsasında həyata keçirilib. 
Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi siyasi vəziyyət müzakirə edilib: "Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyini təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinə dair hesabat da dinlənilib: "2019-cu ilin fəaliyyət planını da təsdiqlədik. Görüşdə beynəlxaq hüquq əsaslanaraq dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsi vurğulandı. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır və bununla bağlı qərar verdik. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur. Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol