• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla bu ölkə arasında viza rejimi asanlaşdırılır

Azərbaycanla bu ölkə arasında viza rejimi asanlaşdırılır
24.11.2018 20:41
Türkmənistan və Azərbaycan iki ölkənin əraziləri vasitəsilə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejimini sadələşdiriblər.


Unikal.org xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistan Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.Türkmənistanın Dövlət Miqrasiya Xidməti bu sazişin icrası üzrə səlahiyyətli dövlət qurumlarından biri kimi müəyyən edilib. Sənədə əsasən yaradılan şərait ölkənin nəqliyyat-logistika sahələrinin inkişafına təkan verəcək.


Qeyd olunur ki, qısa müddətdə vizaların rəsmiləşdirilməsi, müddətlərinin artırılması, həmçinin ölkədə qalma müddətinin uzadılması, öz növbəsində, ticari-iqtisadi münasibətlərin daha da yaxşılaşmasına səbəb olacaq.


Xatırladaq ki, iqtisadiyyat naziri Şahin Mustafayev 2018-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Azərbaycan ərazisi ilə qeyri-neft tranzitinin həcminin 190 min ton təşkil etdiyini deyib. Nazir qeyd edib ki, bu, Türkmənistandan Azərbaycan vasitəsilə tranzitin ümumi potensialını əks etdirmir və gələcəkdə bu göstərici dəfələrlə artacaq. Bundan başqa, o bildirib ki, Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana səfəri çərçivəsində imzalanmış müvafiq sazişdə nəzərdə tutulub.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol