• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - Sensasiyalı açıqlama

Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - Sensasiyalı açıqlama
06.12.2018 09:16
"Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir”.

Bu sözləri siyasi şərhçi Elman Nəsirli Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla Nikol Paşinyanın razılaşması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Publika.az-a açıqlama verən politoloq bildirib ki, adıçəkilən iki şəxs arasında ciddi münaqişə var: "David Şahnazaryan əvvəllər Respublika Partiyasının əleyhinə müxalifətdə idi. Lakin Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra o, partiya ilə yaxınlaşdı və bir az da irəli gedərək Respublika Partiyasından namizədliyini irəli sürdü. Şahnazaryan hazırda Paşinyanın ən ciddi tənqidçilərindən biri hesab edilir. Keçmiş katib Paşinyanı daha çox Dağlıq Qarabağ münaqişəsində təhlilçi mövqedə ittiham edir. Bu mövqeyə görə Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir.

Dağlıq Qarabağ məsələsi Ermənistanda 9 dekabr parlament seçkilərinin ən mühüm seçkiqabağı kampaniya vəsaitidir. Nikol Paşinyan tərəfdarları ilə Qarabağ klanı bir-birini ittiham etmək üçün məhz Qarabağ kartından vasitə kimi istifadə edirlər. Hər iki tərəf çox gözəl dərk edir ki, Paşinyana məxsus partiya və onun komandası parlament seçkilərində qalib gəlsə, ona Dağlıq Qarabağdakı rejimlə haqq-hesabı çürütmək üçün münasib fürsət yaranacaq. Belə olan vəziyyətdə klanı heç də müsbət gələcək gözləmir.

Gözlənilir ki, Paşinyan qalib gəlsə, istənilən hadisə baş verə bilər. Hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər.

Düşünürəm ki, seçkilərdən sonra Dağlıq Qarabağla bağlı məsələlərdə Nikol Paşinyanın seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. O, bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlarla yoluna qoyula bilər. Lakin seçkilərdən sonra Paşinyandan fərqli davranışlar gözləmək istisna olunmur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol