• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv Komissiyanın üzvü Mehmanla bir saatlıq görüşdən danışdı: "Əsas istəyi...."

Əfv Komissiyanın üzvü Mehmanla bir saatlıq görüşdən danışdı: "Əsas istəyi...."
08.01.2019 21:11
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri – hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov bu gün Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər.


Görüş iştirakçılarından biri – Prezident yanında Əfv Məsələləri üzrə Komissiyanın üzvü Əliməmməd Nuriyev Mia.az-a bildirib ki, Mehman Hüseynov artıq qida qəbul edir və eləcə də onun üçün gətirilən sovqatları qəbul edir.


Ə.Nuriyevin dediyinə görə, onlar Mehman Hüseynovla 1 saatdan artıq söhbət ediblər: "Mehmanın öz razılığı ilə onunla şəkil də çəkdirdik. Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur. Əsas narahatçılığı isə məhbus həyatının bitməsinə az qalmış ona qarşı ikinci cinayət işinin qaldırılması ilə bağlıdır. Biz ona bildirdik, şikayətlərinin aidiyyəti qurumlara çatdırılmasını təmin edəcəyik. Bilirsiniz ki, ona qarşı açılan cinayət işinin istintaqını Prokurorluq orqanları aparır”. 


Ə.Nuriyev onu da bildirib ki, M.Hüseynovun dediyinə görə, o, həbsdə olduğ müddətdə daxili nizam-intizam qaydalarına ciddi riayət edən dustaq olub: "Bildirdi ki, ona indiyədək bir töhmət də verilməyib. İndiyədək saxlandığı şəraitdən isə şikayət etməyib. Onun yeganə istəyi, arzusu həbs müddəti başa çatan kimi, azadlığa buraxılmasıdır”.


Ə.Nuriyev onu da təsdiqləyib ki, bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri, həmçinin atası Mehmanla görüşüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol