• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 22-də qəti qərar veriləcək: torpaqlar qaytarılacaq, yoxsa... – Gözlər Moskvada

Yanvarın 22-də qəti qərar veriləcək: torpaqlar qaytarılacaq, yoxsa... – Gözlər Moskvada
16.01.2019 12:07
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun "torpaqları ucuz almaq” cəhdi adlandırıb.

Publika.az xəbər verir ki, partiya lideri bu haqda "Lenta.ru” saytına müsahibəsində bildirib.

O xatırladıb ki, Yaponiya faşist Almaniyası ilə birlikdə II Dünya müharibəsi zamanı "Üçlər ittifaqı”nda idi və dəfələrlə Rusiyaya hücum edib. Onun sözlərinə görə, rus əsgərinin ayağı heç vaxt öz iradəsi ilə yapon torpağına dəyməyib.

"Onlar həmişə Urala qədər rus torpaqlarını tutmağı arzulayırdılar”, - siyasətçi deyib.

Jirinovski ümidvar olduğunu bildirib ki, yaponlar bir metr rus ərazisini belə heç vaxt almayacaqlar.

""Ən azından, biz Liberal Demokrat Partiyasında buna qarşıyıq”, - partiya lideri vurğulayıb.

Jirinovski yaponlara alternativ həll təklif edib: Rusiyada işləmək.

"Yaponlar Kuril adaları məısələsində niyə dirəniblər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir mənimsənilməmiş ərazilərdir. Harada istəyirsinizsə, işləyin, fabrikləri tikin, kənd təsərrüfatı məhsullarını yetişdirin. Bayraq Rusiya bayrağı olacaq, əgər sizdə ərazilər çatışmırsa, siz sakitcə Rusiyada işləyin. Müasir dünyada sərhədlər keçmişdəki kimi rol oynamır”, - o hesab edib.

Qeyd edək ki, yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe sülh müqaviləsi haqqında danışıqlaı aparacaq. Yaponiya Rusiyadan Cənubi Kuril adalarını verməyi tələb edir. 2018-ci il noyabrın 14-də liderlər arasında görüş keçirilib. Onlar 1956-cı il oktyabrın 19-da imzalanan Birgə bəyannamə əsasında sülh müqaviləsi üzrə danışıqların aktivləşdirilməsi haqqında razılaşıblar.

Qeyd edək ki, Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazlər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün "şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. O vurğulayıb ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol