• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın işğalında ƏSL HƏDƏF BU İMİŞ: Ermənistandan SENSASİON ETİRAF

Qarabağın işğalında ƏSL HƏDƏF BU İMİŞ: Ermənistandan SENSASİON ETİRAF
31.01.2019 18:37
Su resursları strateji əhəmiyyətə malikdir, bunu Ermənistanda və "Artsax” (Dağlıq Qarabağ – red.) əla anlayırlar. Neft, əlbəttə, yaxşıdır. Amma enerji resurslarını nə iləsə əvəz etmək olar, suyu heç nə ilə əvəz etmək olmaz.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma "DQR”in "prezident”inin mətbuat katibi və məsləhətçisi David Babayan müəllifi olduğu "Azərbaycan-Qarabağ münaqişəsinin hidropolitikası” monoqrafiyasının İrəvandakı təqdimat mərasimində deyib.
Monoqrafiyada müasir beynəlxalq münasibətlərdə hidropolitika, suya görə münaqişələr və Dağlıq Qarabağlı su resursları kimi mövzular yer alıb.
Qeyd edək ki, Azərbaycanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.
Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Tərtər çayı üzərində tikilən Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılıb. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Lakin uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15 faiz buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.
Sözügedən monoqraqfiya isə ermənilərin işğalla çatmaq istədikləri hədəflər arasında su ehtiyatlarının mühüm yer tutduğunu bir daha göstərmiş oldu.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol