• $
  • €
  • ₽
  • ₺
  • £

“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov

“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov
18.02.2019 12:27
"Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin hamısının bu hadisədən nümunə götürmələri lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz fəaliyyətində hər zaman humanizm prinsiplərini rəhbər tutub:
"Qeyd edim ki, Azərbaycan hakimiyyəti həm Ümummilli liderimiz Heydər Əliyevin dövründə, həm də cənab prezident İlham Əliyevin fəaliyyəti dönəmində hər zaman humanizm prinsiplərini rəhbər tutub. Ötən dövr ərzində qəbul edilən əfv və amnistiya haqqında çoxsaylı qərarlar buna sübutdur.

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi də bu kontekstdə qiymətləndirilməlidir. Bağışlamaq səlahiyyəti uca Allaha və cənab Prezidentə məxsusdur. Konstitusiya dövlət başçısına belə bir səlahiyyət verir.

Hesab edirəm ki, xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin hamısının bu hadisədən nümunə götürmələri lazımdır”.

Xatırladaq ki, Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçən Rüstəm İbrahimbəyov, 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi elan edilsə də, ikili vətəndaşlıq səbəbindən seçkilərə qatıla bilməmişdi.

Onun Bakıya səfəri və özünün 80 illik yubileyini paytaxtda təmtəraqla qeyd etməsi yazıçı-dramaturqun Azərbaycan hakimiyyəti ilə arasındakı problemi aradan qaldırdığını göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol