• $
  • €
  • ₽
  • ₺
  • £

Həyatı təhlükədə olan jurnalist Fuad Abbasov: “Bu, nə ilk təhdiddir, nə də son...”

Həyatı təhlükədə olan jurnalist Fuad Abbasov: “Bu, nə ilk təhdiddir, nə də son...”
23.02.2019 11:22
Rusiyadakı məşhur jurnalist Fuad Abbasov musavat.com-a danışdı: "Məqsəd ya məni ölkədən xaric etmək, ya da həbs etməkdir” 

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.

Son proseslərdən olan "Azərbaycanlılarla çeçenlər arasında qalmaqal"da vasitəçilik edərək, sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.
Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

F.Abbasov musavat.com-a açıqlamasında bildirdi ki, bu, nə ilk təhdiddir, nə də son... Müsahibimiz 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər aldığını dedi: "Bizim mənfur qonşularımız internet məkanından keçiblər, öz kilsələrinə... Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya keçirirdilər. İndi də öz kilsələrində mənə qarşı cinayət işi başlaması üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

F.Abbasov bildirdi ki, bunu özünə qarşı təhdid olaraq görmür. Heç bir təhlükəsizlik tədbirini yaxına qoymayan jurnalist cangüdənlər və zirehli avtomobillərdən imtina etdiyini dedi: "Erməni və digər millətlərdən təhlükə olsa, bütün bu hadisələrdən sonra olacaq. İsti-isti hər hansı təhlükə gözləmirəm. Cinayət işinə gəldikdəsə, onların öz hüquqşünasları varsa, mənim də öz hüquqşünaslarım var. Mənim Moskvada işimə yüzlərlə hüquqşünas çıxa bilər. Bu, milli mənafeyi qorumaqdır, Fuad Abbasovu ermənilərdən qorumaq deyil. Ona görə də hüquqşünaslardan hədsiz dərəcədə zənglər alıram. Onlar məni təmənnasız müdafiə etməyə hazırdırlar. Ermənilər tərəfdən hər hansı məhkəmə prosesi başlamalıdır. Onların əlində olan səbəb mənim öz sosial şəbəkəmda icazəsiz olaraq, bir şəxsin pasport məlumatlarını paylaşmağım olub. Onlar o pasportu icazəsiz paylaşmağımı əsas gətirərək, iki maddə üzrə mənə qarşı cinayət işinin açılmasını tələb edirlər. Bunlardan biri millətlərarası münaqişə yaratmaq, digəri isə pasport məlumatlarını icazəsiz yayımlamaqdır”.

Müsahibimiz xatırlatdı ki, "pasport məlumatlarını icazəsiz yaymaq”  iddiasının kökündə son günlər çeçenlər və Azərbaycanlılar arasındakı münaqişədə erməni əsilli gəncin əsas rolunun olmasını göstərən videomüraciət dayanıb. Orada bu şəxsin kimliyi açıqlanıb. 

F.Abbasov dedi ki, bu məsələnin necə nəticələnəcəyini zaman göstərəcək. Hazırda həyatına heç bir təhlükə hiss etmədiyini deyən soydaşımız Moskvada da açıq şəkildə gəzdiyini və heç kimdən çəkinmədiyini dedi. 
musavat.com 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol