• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Xocalı soyqırımına görə üzr istədi - FOTOFAKT

Ermənilər Xocalı soyqırımına görə üzr istədi - FOTOFAKT
26.02.2019 14:02
Sosial şəbəkədə erməni istifadəçilər Xocalı soyqırımına görə Azərbaycan xalqına baş sağlığı veriblər.

Xocalı soyqırımının ildönümü ilə bağlı "Facebook” sosial şəbəkəsində ermənilərin nələr yazdığını bilmək üçün axtarış verdikdən sonra gördük ki, bir qrup erməni Ermənistan dövlətinə müraciət edib və onların çoxu öz səhifələrində başsağlığı mətni yayımlayıb.

Mətndə ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün daha fəal olmasına çağırış da yer alıb. Onlar Ermənistanın bütün layihələrdən kənarda qaldığını, münaqişənin hər iki xalqın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdiyini və Qarabağın əslində Azərbaycanın nəzdində normal inkişaf edə biləcəyini vurğulayırlar.

Bundan əlavə, ermənilər Xocalı faciəsi ilə bağlı başsağlığı da verirlər.

Yüzlərlə erməninin yazdığı və paylaşdığı mətni sizə təqdim edirik:

"Erməni xalqının nümayəndəsi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nəhayət ki, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipləri əsasında, sülh yolu ilə həllinə yardım göstərməyinizi xahiş edirəm.

Qeyd etmək istəyirəm ki, süni şəkildə yaradılan və üçüncü ölkələrin maraqlarına xidmət edən bu münaqişə ona gətirib çıxarıb ki, Ermənistan xalqı və Dağlıq Qarabağ erməniləri 30 ildir dilənçi kökündə yaşayır, ölkənin özü isə enerji, nəqliyyat və digər həyati əhəmiyyətli mühüm layihələrdən kənarda qalıb.

Mövcud situasiyanı təhlil edərək belə bir nəticəyə gəlmək və əminliklə söyləmək mümkündür ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olaraq inkişaf etməsi daha realdır, nəinki belə bir vəziyyətin hökm sürdüyü mənim vətənimdə.

Təəssüf ki, hətta demokratik yolla hakimiyyətə gəlmiş Ermənistanın mövcud iqtidarı da bu münaqişədən faydalanmağa çalışır və ona görə də problemin həllində maraqlı deyil.

Nəticədə iki qonşu xalq bunun əziyyətini çəkir. Bu müraciət Azərbaycan xalqının matəm günü, Xocalı Soyqırımının ildönümü gününə təsadüf edir. Bununla əlaqədar başsağlığı verərək qeyd edirəm ki, bu, erməni xalqının tarixində yol verilmiş ən ciddi səhvdir”.

Qeyd edək ki, apardığımız axtarış zamanı bir sıra erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı fotoları öz profillərində "örtük şəkli” etdiklərinin də şahidi olduq.

Erməni sosial şəbəkə istifadəçilərinin Xocalı soyqırımı ilə bağlı paylaşdıqlarının "screenshot”larını sizə təqdim edirik:
 
yenicag.az
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol