• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda dəhşətli müharibə xəbərdarlığı: Ermənistan üçün böyük faciə

Qarabağda dəhşətli müharibə xəbərdarlığı: Ermənistan üçün böyük faciə
12.03.2019 10:36
ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməsi iddiası ilə bağlı bəyanat verib. Həmsədrlər bildiriblər ki, danışıqların formatı dəyişdirilə bilməz. Danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Həmsədrlər danışıqların təməli kimi "Helsinki Yekun Aktı”na istinad edirlər. "Helsinki Yekun Aktı”na görə isə öz müqəddəratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.

Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Natiq Miri cavablandırıb.

Analitik bildirib ki, Ermənistan son davranışları ilə müharibə variantını tətikləyir.

- ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll formatına dair verdiyi bəyanatı necə xarakterizə edirsiniz?

- Bu bəyanat sadəcə olaraq Ermənistan hökumətinə xəbərdarlıq xarakteri daşıyır. ATƏT-in Minsk qrupu Azərbaycanın xətrini istədiyi üçün bu addımı atmayıb. Nikol Paşinyan hakimiyyətə gələndən bəri Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar masasında Qondarma Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi təqdim etmək istəyir. Bununla da yaxasını kənara çəkmək və məsuliyyətdən qaçmağı arzulayır. Təbii ki, bu, birinci niyyətdirsə, ikinci niyyət indiki çətin durumda vaxt qazanmağa çalışır. Lakin o da bəllidir ki, Azərbaycan müzakirə masasında uzunmüddətli konkret predmetlər üzrə müzakirələr olmasa, bu danışıqları davam etdirməkdə maraqlı olmayacaq. Paralel olaraq, artıq Azərbaycan hərbi sahədə də həm Ermənistana, həm də dünyaya mesajlar verir. Dağlıq Qarabağ ərazilərinə yaxın bölgələrdə böyük hərbi təlimlər start götürüb. Bu təlimlər müdafiə xarakterli deyil. Əksinə, hücum xarakteri daşıyır. Bu, işğal olunmuş torpaqların düşmən tapdağından azad edilməsi planının tərkib hissəsidir. Bu təlimlər bitmədən, sözün əsl mənasında, torpaqların azad olunması istiqamətində hərbi əməliyyatlara da çevrilə bilər. Bunu kimsə təxmin edə bilməz. Bu işə yalnız dövlət başçısı qərar verə bilər. ATƏT də Ermənistan rəhbərliyinə başa salmaq istəyir ki, alternativ format müharibə deməkdir. İndiki şəraitdə müharibənin olması Ermənistan üçün dramatik sonluqla bitəcək. Bunu sadəcə Ermənistan deyil, onun himayəçisi olan həmsədr dövlətlər də bilməmiş olmaz. Ona görə də düşünürəm ki, bu bəyanat Ermənistana xəbərdarlıq xaraketrlidir. Əgər İrəvan zaman qazanmaq istəyirsə, bu, formatın dəyişdirilməsi iddiası ilə mümkün deyil. Çünki bütün dünya dövlətləri danışıqlar prosesinin prosedurunu qəbul edib. Bunu dəyişmək üçün ən azından, münaqişə tərəfi olan Azərbaycan da razılıq verməlidir.

- Bu bəyanatdan sonra Ermənistan danışıqlar prosesinə üçüncü tərəfi çəkmək iddialarından əl çəkəcəkmi?

- Bir şeyi birmənalı bilmək lazımdır: heç bir fəaliyyəti olmayan, tərəflərə hansısa təzyiq mexanizmi olmayan qrup tərəfindən verilən bəyanatların işə yarayacağını düşünmək özünü aldatmaq deməkdir. Burada yalnız və yalnız güc faktorundan söhbət gedə bilər. Ermənistanı yalnız güc amili ilə bu məsələdən yayındırmaq, geriyə çəkmək mümkün ola bilər. Düşünürəm ki, hücum xarakterli təşkil edilən hərbi təlimlər də məhz bu istiqamətdədir. Ermənistan da anlamalıdır ki, bu, sadəcə sıradan təlim olmaya bilər. Təlimlərin keçirildiyi anda istiqamət dəyişərək müharibəyə çevrilə bilər. Ermənistan Azərbaycan Ordusunun qüdrəti qarşısında uzun müddət dayana bilməz. Bu, Ermənistanın faciəsi olar. Ermənistanı yalnız sərt, hərbi-siyasi qərarlarla geri çəkmək mümkündür. ATƏT-in son bəyanatı kimsəni çaşdırmasın. Biz bu bəyanatları 26 ildir ki, eşidirik.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol