• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan prezidentindən Azərbaycana mühüm dəstək

Pakistan prezidentindən Azərbaycana mühüm dəstək
22.03.2019 13:30
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin prezidenti Arif Alvi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qəbula görə təşəkkür edən Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını Arif Alviyə çatdırıb. 
Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Pakistan Prezidenti Arif Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər sahələrdəki əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.

Prezident A. Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol