• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən İrəvanı təşvişə salan müharibə xəbərdarlığı: Putinin Bakıya zəngi və...

İlham Əliyevdən İrəvanı təşvişə salan müharibə xəbərdarlığı: Putinin Bakıya zəngi və...
03.04.2019 14:36
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra baş verənlər İrəvanda narahatlıq yaradıb.

Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana zəng edərək, Qarabağ müzakirələri haqda danışdı.

Aprelin 1-də Putin Prezident İlham Əliyevə telefonla zəng edib və ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqda da müzakirələr aparıb.

Putinin bu zəngləri Rusiyanın Qarabağ münaqişəsində tutduğu mövqe baxımından təəccüblü deyil.

Lakin Ermənistanı qorxuya salan Azərbaycan Prezidentinin aprelin 2-də verdiyi bəyanatdır.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsini ziyarət edən Ali Baş Komandan bəyan etdi ki, "Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”.

Erməni şərhçi Naira Ayrumyan iddia edir ki, Azərbaycan müharibəyə hazırlaşır.

"Azərbaycan Prezidenti son bəyanatı ilə müharibənin ikinci mərhələsini elan etmiş oldu. Bəs Ermənistan nə edir, biz sülh nizamlanmasına davam edəcəyikmi, yoxsa məğlubiyyətdən qaçmaq üçün indidən hazırlaşacağıq?”, - deyə erməni şərhçi Ermənistan hakimiyyətini müharibəyə hazırlaşmağa çağırıb.

N.Ayrumyan Rusiya prezidentinin Bakı və İrəvana zənglərindən də bəhs edib.

Onun iddiasına görə, Rusiya münaqişə ilə bağlı təşəbbüsü əldən verə biləcəyindən narahatdır.

"Rusiya Qarabağda yeni "aprel müharibəsi” ssenarisinin baş verə biləcəyini də istisna etmir və prosesə nəzarəti ələ almaq istəyir. Xüsusilə Qərbin münaqişənin nizama salınması ilə bağlı çağırışları fonunda Moskvanın narahatlığı başa düşüləndir”, - deyə o bildirib.

mənbə: publika

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol