• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın növbəti işğal planı və odla oynayan Paşinyan

Ermənistanın növbəti işğal planı və odla oynayan Paşinyan
05.04.2019 09:01
"Bir halda ki, bu dövlət qonşuluq siyasətinə, normal davranış məfkurəsinə zidd çıxır, deməli, o, təhlükələr istehsal etməklə məşğuldur. Buna görə də tək özü üçün yox, həm də qonşu dövlətlər, region üçün təhlükə daşıyır. Təbii ki, Azərbaycan diplomatiyası daim Ermənistanın bu yanlış siyasətini, risklər istehsal etmə davranışını dünya ictimaiyyəti qarşısında göstərir, onun iç üzünü açır”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

29 martda Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra yaranan mövcud situasiyaya toxunan politoloq bildirib ki, Ermənistanın çaşqın siyasət yeritməkdən başqa çarəsi yoxdur:


"Aprel kampaniyası diplomatiya sahəsindəki ləngliyin, qeydə alınmış iflic vəziyyətin məntiqi nəticəsi idi. Bir halda ki, diplomatiya öz vəzifələrini yerinə yetirə bilmir və burada biz açıq-aşkar Ermənistan Respublikasının dağıdıcı yanaşmasını şahidi oluruq, burada ön xətdə vəziyyətin getdikcə gərginləşdiyini gördük. Gözlənilən o toqquşmalar da beləliklə baş verdi. Müdafiə naziri Devid Tonoyanın "yeni torpaqlar üçün yeni müharibə” açıqlaması ümumi kontekstə, ola bilsin ki, uyğundur. Lakin mahiyyət etibarilə çox cəfəng, yersiz və real vəziyyəti qətiyyən əks etdirən açıqlama deyil. Ona görə ki, ilk növbədə, qüvvələr nisbəti çoxdan dəyişilib. Digər tərəfdən, müharibə etmək hüququ Azərbaycan tərəfinə məxsusdur. Çünki Azərbaycanın mövqeyini həm də beynəlxalq hüquq gücləndirir. Bildiyiniz kimi, sərhədlərin toxunulmazlığı prinsipi gündəmdədir və dünyada xaos yaranmasın deyə, beynəlxalq ictimaiyyət, ABŞ və BMT çox çalışırlar ki, ərazi iddiaları ilə bağlı ortaya çıxan problemlər çox böyüməsin. Onlarla bağlı yeni qaynar nöqtələr peydə olmasın. Ona görə də Ermənistanın siyasi rəhbərliyi burada çaşqın siyasət nümayiş etdirir. Onların əsas problemi də budur ki, Ermənistan özünü yetkin dövlət kimi göstərmir. Əksinə, natamam dövlət kimi ifadə edir. Göstərir ki, o təhlükələr mənbəyidir. Bir halda ki, bu dövlət qonşuluq siyasətinə, normal davranış məfkurəsinə zidd çıxır, deməli, o, təhlükələr istehsal etməklə məşğuldur. Buna görə də tək özü üçün yox, həm də qonşu dövlətlər, region üçün təhlükə daşıyır. Təbii ki, Azərbaycan diplomatiyası daim Ermənistanın bu yanlış siyasətini, risklər istehsal etmə davranışını dünya ictimaiyyəti qarşısında göstərir, onun iç üzünü açır. Bununla da mesajlar verir ki, dünya hazır olmalıdır. Əgər Cənubi Qafqazda yenidən nisbi sabitlik pozularsa, onda bütün bu ağır vəziyyətin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Elmar Məmmədyarov, ondan öncə Azərbaycan Prezidenti İlham Əliyev, ümumilikdə, Azərbaycanın siyasi elitası harda olursa-olsun, Ermənistanın problemli ölkə olduğunu diqqətə çatdırırlar. Bu, özü həm bir xəbərdarlıq, həm də dünyanı məlumatlandırmaqdır”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaratdığını deyib. Ermənistan müdafiə nazirinin səsləndirdiyi "yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir qeyd edib ki, bu cür yanaşma çaşqınlıq yaradır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol