• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya dərsi

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya dərsi
06.04.2019 15:57
Aprelin 4-də Brüsseldən Moskvaya uçan təyyarədə ayaqüstü söhbət zamanı erməni jurnalistlərin suallarına tutarlı cavablar verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun diplomatik davranışı xeyli müzakirələrə səbəb oldu.
Elmar Məmmədyarov peşəkar diplomatlara xas cavabla erməni jurnalisti özündən çıxarır, daha sonra ona əsəbləşməməyi məsləhət görərək, emosionallığın jurnalist üçün çox pis hal olduğu söyləyir.


Bu, Elmar Məmmədyarovun ermənistanlı jurnalistləri susdurduğu ilk belə hal deyil. Daha əvvəllər də Azərbaycanın xarici işlər naziri işğalçı ölkədən olan KİV nümayəndələrinin "tikanlı suallar”ını özünəməxsus tərzdə cavablandırıb.


Elmar Məmmədyarovla erməni jurnalist arasında baş vermiş daha bir əhvalat Almaniyada – Berlin şəhərində yaşanıb.
Modern.az-ın məlumatına görə, həmin əhvalatın şahidi olmuş "Azadlıq” radiosunun Azərbaycan bürosunun əməkdaşı Maarif Çingizoğlu hadisəni belə təsvir edib:


"Deməli, Berlində keçirilən konfransda Qarabağdan olan bir erməni və iki başqa jurnalist Elmar Məmmədyarova yaxınlaşıb şüal verirdilər. Erməni jurnalistin sualı belə oldu: "Siz nazir kimi mənə necə qarantiya verə bilərsiz ki, mən Azərbaycanın tərkibində yaşamağa inanım?". 
Elmar Məmmədyarovun cavabı çox maraqlı oldu. Belə ki, azərbaycanlı nazir üzünü digər iki jurnalistə tutub dedi ki, "mən sizdən üzr istəyirəm, birinci öz vətəndaşımizın sualına cavab verəcəm”... Məncə bu, pis cavab deyildi...”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol