• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın altına qoyulan saatlı bomba: bir il ərzində Qarabağ...

Ermənistanın altına qoyulan saatlı bomba: bir il ərzində Qarabağ...
30.04.2019 09:05
2016-cı ilin yayında İrəvan polisinin post-patrul alayına hücum etmiş "Sasna srer” silahlı qrupunun (terror qruplaşması Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra partiyaya çevrilib və seçkilərdə iştirak edib –red.) iştirakçılarının azad edilməsi Ermənistan üçün saatlı bomba oldu.

Publika.az xəbər verir ki, bu haqda "Sputnik” agentliyinə müsahibəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib.

2018-ci ilin yazında baş verən inqilab nəticəsində hakimiyyətə gələn yeni rəhbərliyin fəaliyyətinin nəticələrini şərh edən keçmiş vitse-spiker hesab edir ki, Nikol Paşinyanın başçılıq etdiyi hökumətdə xarici və daxili çağırışlar yoxdur. O, "Sasna srer” qrupunun üzvlərinin azad edilməsini indiki hakimiyyətin ən böyük səhvi adlandırıb.

"Sən polisə hücumu etmiş şəxsləri, terrorçuları azad etməklə, öz ölkənin altında saatlı bombanı qoyursan”, - Şarmazanov deyib.

Keçmiş hakimiyyət partiyasının mətbuat katibi həmçinin diqqəti yönəldib ki, Paşinyan marixuananın və transgenderlərin təbliğatına reaksiya verməyib.

Şarmazanovun fikirincə, baş nazir Paşinyanda Qarabağ problemi üzrə konsepsiya yoxdur. O qeyd edib ki, Paşinyan problemlə bağlı mövqeyini bir neçə dəfə dəyişirdirib.

"O deyirdi ki, onun konsepsiyası əvvəlki prezidentlərin - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın konsepsiyalarına bənzəmir. Bu konsepsiya haradadır?” - Şarmazanov deyib.

Mətbuat katibinin sözlərinə görə, Paşinyan anlamalıdır ki, o yalnız öz tərəfdarları və silahdaşları üçün baş nazir deyil. Şarmazanov son bir il ərzində ölkədə nifrət və yalanın yayılmasından başqa heç nəyin olmadığını bildirib.

O, Paşinyananı qaranlıq otaqda qara pişiyi axtarmamağa çağırıb.

"Çünki, pişik daim onun çiyinlərindədir”, - Şarmazanov vurğulayıb.

Xatırladaq ki, 2016-cı il iyulun 17-də 31 nəfərlik silahlı qrup İrəvanda yerləşən Erebuni Polis post-patrul alayına basqın edib. Qrup prezident Serj Sarkiyanın istefasını və "Sasna srer”in həbsdə olan lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirdilər. Alayın tutulması iki həftə davam edib, yalnız iyulun 31-də onlar hakimiyyətə təslim olublar. Binanın tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülmüş, daha üç polis yaralanmışdı. İyulun 30-da isə snayperlə polis qoşunlarının qulluqçusu Yura Tepanosyan öldürülmüşdü. Yaralanan polis əməkdaşı Qaqik Mkrtçyan isə xəstəxanada ölüb.

Paşinyanın gəlişindən sonra qrupun üzvləri azadlığa çıxıblar, ancaq onların işinə hələ məhkəmədə baxılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol