• $
  • €
  • ₽
  • ₺
  • £

“Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm” – Polad Bülbüloğlu

“Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm” – Polad Bülbüloğlu
26.05.2019 08:49
Azərbaycanın Rusiyadakı  fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi  ittihamlara cavab verib.

P. Bülbüloğlu  jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: 

"Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları bununla bağlı mənə müraciət etməyib. Fuad Abbasov və digərlərinin Rusiyada yayımlanan tok-şoularda iştirak üçün təqdim etmək səfirliyin səlahiyyətində  deyil".

Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib.  P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: "Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P. Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: "Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin.  Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparir”.

(Unikal.org)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol