• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan rumıniyalı deputatın “işğalçı olacaqsınız” fikrinə reaksiya

Rəsmi Bakıdan rumıniyalı deputatın “işğalçı olacaqsınız” fikrinə reaksiya
29.05.2019 15:18
Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudorun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri onun şəxsi fikirləridir və görünür, o, münaqişənin tarixi və hüquqi aspektlərindən məlumatsızdır. 

Bu fikirləri Oxu.Az-ın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva A.Tyudorun "Azərbaycan Qarabağı azad etsə, işğalçı dövlət kimi tanınacaq” fikrinə münasibət bildirərkən deyib.

"Münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən, Rumıniyanın rəsmi mövqeyi birmənalıdır: Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həlli dəstəklənir. Dağlıq Qarabağın azad olunmasına gəldikdə isə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək Azərbaycanın şəksiz hüququdur. Bu, BMT Nizamnaməsinin bizə verdiyi hüquqdur”, - o bildirib.

Qeyd edək ki, A.Tyudor Milli Məclisdə (MM) keçirilən "Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini "qarışıq məsələ” adlandırıb.
Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:
"Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol