• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?

Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
11.06.2019 15:08
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı "DQR”-in maliyyə xahişini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Politik” nəşri yazıb.

Nəşr qeyd edir ki, Paşinyan hökuməti separatçılara maliyyə dəstəyinin verilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefası şərtini irəli sürüb.

Separatçıların maliyyə xahişləri artıq iki aydır İrəvan tərəfindən rədd edilir. Nəşrin mənbələri bildirir ki, bu, Ermənistan tərəfindən "DQR”-ə ilk sanksiya hadisəsidir. Separatçı rejimin rəhbəri daha əvvəl Vitali Balasanyanla görüşüb, Paşinyanın istefa tələbini ona çatdırıb.

Ermənistanda Paşinyan hakimiyyəti ilə separatçıların mübarizəsi qızışır. Nikol Paşinyan Balasanyan da daxil olmaqla separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Bununla yanaşı, separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla indiki rəhbəri Bako Saakyan keçmiş prezident Robert Koçaryana azad olunması üçün zamin durublar.

Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə qarşı etiraz edəcəklər. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu, onlar üçün Azərbaycanı daha çox cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol