• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur

Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur
04.01.2021 10:43
Rusiyanın bu il Belarusla birlikdə keçirəcəyi "Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ssenarisini əsasən Qarabağdakı 44 günlük müharibənin təcrübəsi üzərində quracaq.


"Qərb-2021” təlimləri barədə müdafiə naziri Sergey Şoyqu ordu komandanları ilə keçirdiyi selektor müşavirəsində elan edib. "Qərb” təlimləri ənənəvi olaraq Rusiya ordusunun il ərzində keçirdiyi ən irimiqyaslı hərbi manevrlər hesab olunur. "Qərb-2021” təlimlərinin sentyabrda keçirilməsi nəzərdə tutulur.


Qərb hərbi dairəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, həmin komanda-qərargah təlimlərində xüsusi diqqət pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə yönəldiləcək. "Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-məlumatda bildirilir.


Rusiya Müdafiə Nazirliyinin telekanalı isə nazirlikdəki mənbələrə istinadən qeyd edir ki, Qarabağda bu yaxınlarda başa çatan hərbi münaqişə pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının işlənib hazırlanmasını zəruri edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsinin təcrübəsini nəzərə alaraq döyüş pilotsuz aparatlarının işlənib hazırlanmasını sürətləndirməyi qərara almışdı. Habelə bu günlərdə Rusiya ordusu "Orion” zərbə pilotsuz aparatından ilk dəfə real döyüş şəraitində, Suriyada hədəfə raket və bomba zərbəsi endirib.


Məlumata görə "Qərb-2021” təlimlərində habelə əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq ediləcək. Bunu da Qarabağ müharibəsində Azərbaycan ordusunun taktikasının öyrənilməsi kimi qəbul etmək mümkündür. Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələri ordunun əsas qüvvələrindən onlarla kilometr aralanaraq düşmən nəzarətində olan ərazilərin dərinliklərinə sızırdı, məsələn, həmin qüvvələr Hadrut istiqamətindən dağ, meşə cığırları ilə onlarla kilometr irəliləyərək Şuşanın bir neçə kilometrliyinə çatmışdı. Və bu, düşmən üçün tamamilə gözlənilməz olmuşdu. Xüsusi təyinatlılar Şuşa ətrafında möhkəmlənərək əsas qüvvələrin, o cümlədən artilleriyanın irəli çəkilməsinə şərait yaratdı. Daha sonra Şuşaya həlledici hücuma keçdi.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol