• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan müstəqillik qazanandan bəri ilk dəfədir ki, sərhədlərinə tam nəzarəti həyata keçirir”

“Azərbaycan müstəqillik qazanandan bəri ilk dəfədir ki, sərhədlərinə tam nəzarəti həyata keçirir”
06.02.2021 22:00
"Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verilib ki, Azərbaycanda olan diplomatik korpusun nümayəndələri, xarici nümayəndə heyətləri, beynəlxalq jurnalistlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə mütəmadi və müntəzəm əsasda səfərləri təşkil olunacaq”.

Anews.az-ın məlumatına görə, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş rayonlara səfəri zamanı deyib.

O bildirib ki, bu səfərlərin təşkil olunmasında məqsəd azad olunmuş ərazilərdə 30 illik işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizmin, işğalçılıq siyasətinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə olduğu kimi çatdırmaqdır:

"Diplomatik korpus nümayəndələri bundan əvvəl Ağdam, Füzuli şəhərlərində olublar. Bu gün Cəbrayıl şəhərinin mərkəzinə də baş çəkərək, bu dağıntı, bu vəhşiliyi öz gözləri ilə gördülər. Necə ki Ağdam şəhərində bu vəhşilik törədilib, eynilə Cəbrayıl şəhərində bir dənə də salamat bina qalmayıb.

Səfərimiz davam edir. Cəbrayıldan sonra Zəngilan, eləcə də, Mincivan qəsəbəsinə də səfərimiz təşkil olunacaq. İndi tariximizdə xüsusi əhəmiyyəti olan Xudafərin körpüsündəyik.

Azərbaycan müstəqillik qazanandan bəri ilk dəfədir ki, sərhədlərinə tam nəzarəti həyata keçirir. İran-Azərbaycan, Ermənistan-Azərbaycan sərhədi boyunca sərhəd xətlərimiz tam şəkildə bərpa olunub. İranla sərhədlərimizin tam nəzarətə götürülməsi iki ölkə arasında əlaqələrin inkişafına da öz töhfəsini verəcək.

Bu mənzərəyə emosiyasız, sevincsiz baxmaq mümkün deyil. Bir neçə ay bundan əvvəl hər birimiz bu vüsalı gözləyirdik.
 
Prezidentimizin yürütdüyü siyasət, əsgərlərimizin, qazilərimizin, şəhidlərimizin rəşadəti hesabına bu qələbəyə nail olduq. Bir vətəndaş olaraq da sevincimizi ifadə etməkdə çətinlik çəkirik”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol