"Azərbaycanda saxlanılanlar hərbi əsir hesab edilmirlər" - XİN

"Qarşıdurmanın bitməsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər".
Anews.az-ın məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarına cavabında əksini tapıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























