• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Zəngəzuru Azərbaycana "qaytarmağ"a başladı? - Sünik səfərinin pərdəarxası

Paşinyan Zəngəzuru Azərbaycana "qaytarmağ"a başladı? - Sünik səfərinin pərdəarxası
22.04.2021 12:33
Dünən erməni baş nazir Paşinyanın Sünik vilayətinə səfərinə və baş verənlərə xüsusi olaraq baxmaq lazımdır.

✔Nəhayət, baş nazir 10 noyabr sazişinin 9-cu maddəsində nəzərdə tutulan  "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir." bəndin icrası üçün real addım atıb.

✔Səfər etdiyi bölgə - Süniklə Ordubad arasında məsafə 40 km təşkil edir və bölgə tarixi Zəngəzur torpaqlarının bir hissəsidir.

İkincisi, "168.am" nəşri iddia edib ki, baş nazir deyib: "Meğri dəhlizini (Zəngəzur dəhlizi - red.) könüllü şəkildə, dinc həyat qarşılığında vermək istəmirlərsə, müharibə ilə götürəcəklər".

Üçüncüsü, bu səfər nəticəsində Paşinyanın korteji yumurta atəşinə tutulub, iqamətgahı qarşısında aksiya keçirilib.

Dördüncüsü, baş verənlər Azərbaycan prezidentinin "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq, Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq." çıxışından sonra baş verməsini belə oxumaq lazımdır:

n iyunun 20-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın əsas ümid yeri Azərbaycandır.

Onun əlindəki "kozır"lar:

a) Türkiyə ilə sərhəddin açılması;
b)Naxçıvandan dəhliz;
c)Azərbaycanala mümkün sülh müqaviləsi;
d)Regional fayda və əhalinin varlanması;

Bu istiqamətdə Nikol ilk addımını zorla da olsa, 10 noyabrda atıb, şübhəsiz ki, onun arxasındakı qərb güclərinin də əsas məqdəsi Nikolu qorumaq, Türkiyə ilə sərhəddi açmaqdır və s. 

Elə isə Paşinyan üçün Azərbaycanla sıfır problem və regional əməkdaşlıq iqtidarını qarant altına alması demək olar...

Bəzi Azərbaycan KİV-də Türkiyə dövlətinin "Zəngəzur dəhlizinin” inşasına başlanıldığını elan etdiyi haqda xəbər yayılıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol