• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb

Vətən müharibəsində düşmənə endirilən ilk aviazərbənin təfərrüatı açıqlanıb
17.05.2021 13:32
"Polkovnik-leytenant Əliyar Əsgərov, mən və mayor Sabir Nəsirov rəhbərlik tərəfindən müəyyən edilmiş istiqamətdə düşmənin motoatıcı birləşməsinə zərbə endirmək əmri aldıq. İlkin olaraq Əliyar Əsgərov tapşırığı icra etdi, sonra mən və mayor Sabir Nəsirov verilən hədəfə zərbə endirdik. İlk döyüş uçuşumuz belə oldu".


Anews.az "Report"a istinadən xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.


O, daha sonra Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan istiqamətində döyüş uçuşları həyata keçirdiyini bildirib: "Təbii ki, bu uçuşlar hər birimizin yaddaşında silinməz izlər qoyub. Çünki uzun illər sağalmayan yaramızı sağaltmaq, Qarabağı azad etmək üçün düşməni məhv etmək tapşırığı almışdıq.


Atdığımız hər aviasiya bombası bizi tarixi zəfərə bir addım da yaxınlaşdırırdı. Hər döyüş uçuşundan sonra verilən hədəfin dəqiq məhv edildiyi informasiyasını alanda növbəti uçuşa daha da həvəslə hazırlaşır, düşməni darmadağın etmək üçün illər uzunu qazandığımız uçuş təcrübəsini ortaya qoyurduq.






Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Vətəndaş olaraq torpaqlarımızın azad olunmasına, Qarabağ həsrətinin bitməsinə çox sevindim. Hərbçi olaraq isə qürurlandım. Çünki bu müharibənin fəal iştirakçılarından, uğur əldə edən zabitlərindən idim. 44 gün ərzində döyüş uçuşları həyata keçirərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdim.


Qüruruma qürur qatan, məni gənc yaşımda sevindirən, təyyarəçi olaraq öz üzərimdə daha da çalışmağa sövq edən isə döyüş əməliyyatları başa çatdıqdan sonra Ali Baş Komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülməyim oldu. Bu təltif tək mənim yox, hər birimizin uğuru idi".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol