• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT
18.05.2021 17:37
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi və sərhəd xidmətləri vasitəsilə operativ əlaqələrini davam etdirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur:

"Biz Azərbaycanla Ermənistan arasındakı sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik. Rusiya tərəfi ən yüksək səviyyədə müntəzəm təmaslar yolu ilə gərginliyin azaldılmasında Bakı və İrəvana kömək edir. Ölkələrimiz arasında hərbi və sərhəd xidmətləri vasitəsi ilə operativ əlaqələr qorunur”.

Qeyd edilib ki, Rusiya münaqişənin həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasında görür:

"Bu cür hadisələrin yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunacağını düşünürük. Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya edilməsinə başlanmasını uzunmüddətli həll yolu olaraq görürük. Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin ardıcıl normallaşmasına bundan sonra da töhfə verməyə hazırdır”.

Rusiya XİN-dən həmçinin, atəşkəs rejiminə ciddi riayət olunmasının, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi də vurğulanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol