Azərbaycanda əhalinin gəlirləri aşağı düşüb.
Bu sözləri deputat Əli Məsimli Milli Məclisin bu gün keçiriləm plenar iclası zamanı bildirib.
"Postsovet məkanında qiymətlər qalxıb. Bizdə infyasiya 4 faizin üzərindədir. Bu istiqamətdə aiddiyatı orqanlar işini gücləndirməlidir. Bəzi marketlərdə süni qiymət artımlarını görürük. Bu isə əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil. Qiymətlərin 1 faiz artırılması əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurur" - deyə deputat əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az