• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə İsrailin Azərbaycandakı səfiri ilə görüşdü

Asim Mollazadə İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
22.05.2021 10:59
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə partiyanın qərargahında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib. 


Görüşdə Azərbaycan-İsrail münasibətləri, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə yaranmış vəziyyət, Qəzza zolağında baş verən son hadisələr müzakirə edilib. 


Asim Mollazadə Azəraycanla İsrail arasında uzun illərə və ənənələrə əsaslanan dostluq münasibətlərinin olduğunu, həmin münasibətlərin bu gün də uğurla davam etdiyini deyib. O, Azərbaycan ərazilərinin işğal azad edilməsi yolunda İsrailin ölkəmizə birmənalı dəstəyinə və mövqeyinə görə səfirə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan xalqı ən ağır günlərində onun yanında olan İsrail xalqının dəstəyini unutmayacaq.  


Millət vəkili İsraillə Fələstin arasında yaşanan gərginliyə, bu münaqişədən ən çox dinc insanların zərər görməsinə də təəssüfünü ifadə edib. Bildirib ki, Azərbaycana dost olan İsraillə Fələstin arasında yaşanan qarşıdurmanın tezliklə tərəflərin iradəsi əsasında sona çatacağına, bölgədə uzunmüddətli sülhə nail olunacağına ümid edir.


Asim Mollazadə qonağa rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə də ətraflı məlumat verib.


Səfir səmimi qəbula, xoş arzulara və siyasi dəstəyə görə partiya sədrinə təşəkkür edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol