• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “Daimi sülh ədalətli məhkəmədən keçir”!

Zahid Oruc:  “Daimi sülh ədalətli məhkəmədən keçir”!
31.05.2021 12:28
 Bakı Hərbi Məhkəməsində iki erməni hərbçisinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək.
 
Anews.az xəbər verir ki, bu sözləri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"Hər iki şəxs 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşüb. Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda suçlandırır. İnanılmaz siyasi inkişafdır, nəhayət 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb. Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin.Ə lbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri də süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır!
 
 Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik. Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin.”Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın  soyuqqanlı, obyektiv və balanslı davranacağına inanırıq. Xarici mətbuat da iştirak edə bilər.Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda "siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır. Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən 1-ci şəxs İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir. Halbuki müharibələrin tarixi qaliblərin məhkəmə hüququnu mütləq  tanıyır!

O daha sonra bildirib ki, Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər. İsrail dövləti də 1962-ci ildə  tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı: "İndi 30 ilə yaxındır Hərbi prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır. O qovluqlar təkcə tarix və arxiv üçün deyil, yerinə yetirilə bilməmiş dövlət aktıdır. Hökmlərsə hələ çıxarılmayıb və əvf ediləcək hərbi cani də yoxdur. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı Tribunalı qurmaqdan bizi daşındıra bilməz. Yaxşı qonşuluq münasibətləri, iqtisadi-ticarət əlaqələri və kommunikasiyaların açılması müqəddəs şəhidlərimizə münasibəti dəyişməyəcək. Yoxsa, avropalı parlamentarilər, məmurlar Çəmbərəkənd deyib üstündən asfalt çəkilən indiki Şəhidlər Xiyabanını da ləğv etməyə çağırarlar.

 Sonda xatırladaq ki, Levon ter Petrosyan 10 gün əvvəl konseptual məqalə ilə çıxış edərək, 100 illik torpaq iddialarına son qoymaq üçün xalqına cəsarətlə çağırış edib. Alqışlanacaq hadisədir.Bəli, tarix çox ədalətlidir-haqsız qalibi sonda mütləq mühakimə edirlər!”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol