• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib

Prezident İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib
03.06.2021 12:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq "Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.


Anews.az xəbər verir ki, "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.


Bildirildi ki, 1952-ci ildə inşa edilən "Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.


Qeyd edək ki, "Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.


Diqqətə çatdırılıb ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, "Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.


Prezident İlham Əliyev "Binəqədi” yarımstansiyasını işə salıb.


Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1” və "Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol