• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici jurnalistlər Ermənistanın mina təxribatlarına etiraz edirlər

Xarici jurnalistlər Ermənistanın mina təxribatlarına etiraz edirlər
08.06.2021 14:16
Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olması xəbəri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı və ölkəmizə dost münasibəti bəsləyən ictimai fəalları və xarici jurnalistləri hiddətləndirib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Braziliyanın San Paolo şəhərində yaşayan fəal Andreia Hirominin, eləcə də Tobaqo və Trinidad Respublikasında yaşayan yazıçı soydaşımız Emiliya Əhmədovanın beynəlxalq təşkilatlara, yerli və xarici KİV-lərə ünvanladıqları bəyanatlarda Ermənistanın mina təxribatları ilə bağlı davranışına biganə və səssiz qalmağın yolverilməz olduğu nəzərə çatdırılıb.

Azərbaycanın mina xəritələrinin təhvil verilməsi barədə israrlı tələblərinə Ermənistanın məhəl qoymadığını xatırladan A.Hiromi braziliyalıları və beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

Müharibənin bitməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Kəlbəcər rayonunda yeni minalar yerləşdirərkən yaxalandıqlarını xatırladan E.Əhmədova isə azərbaycanlı jurnalistlərin həlak olmasını Ermənistanın hərbi cinayəti adlandırıb. Soydaşımız beynəlxalq birliyi Ermənistana öz öhdəliklərini yerinə yetirməsi və insan həyatını qorumaq kimi mənəvi borcunun xatırladılması məqsədilə təzyiq göstərməyə səsləyib.

Braziliyalı jurnalist Fabiana Ceyhanın https://brasiliainfoco.com və https://www.omundodiplomatico.com xəbər saytlarında yerləşdirilmiş məqaləsində Kəlbəcərdə baş vermiş faciəli hadisə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın qəsdən minalar yerləşdirdiyi, erməni silahlı qüvvələrinin diversiya qruplarının sərhədi pozaraq Kəlbəcərin yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirməyə cəhd etdikləri barədə ətraflı məlumat verilib. "Ermənistan bölgədəki hərbçilərin və mülki vətəndaşların həyatına və təhlükəsizliyinə ciddi təhdid kimi qalmaqda davam edir", - deyə müəllif əlavə edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol