Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılır.
Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti iclas iyunun 22-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğlu zərərçəkmiş qismində tanınır.
İ.Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























