• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandakı seçkidən sonra Azərbaycanın tələbləri daha sərt olacaq

Ermənistandakı seçkidən sonra Azərbaycanın tələbləri daha sərt olacaq
11.06.2021 18:24
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi olaraq atəşə tutulub.

Müdafiə Nazirliyi bildirib ki, atəş nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Ermənistan son günlər sərhəd bölgəsini gərginlikdə saxlamaqla nəyə nail olmaq istəyir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a deyib ki, bu, düşmənin  seçkiqabağı oyunudur:

"Onların atəşkəsi pozmağında təəccüblü heç nə yoxdu. Hazırda qalib ölkə Azərbaycan dövlət sərhəddini qurur, Ermənistan isə seçkilər yaxınlaşdığı üçün arada gərginlik yaratmağa çalışır. Bilirdik ki, bizi sərhəddə sakit həyat gözləmir. Bunun səbəbi isə Ermənistanın siyasi rəhbərliyi və cəmiyyətinin sülhə hazır olmamasıdı.
Ermənistanda seçkiqabağı ən aktual mövzu Azərbaycan mövzusudur. Ermənistan həmişə çalışıb ki, Minsk qrupunun üzvlərini bu prosesə cəlb etsin, Azərbaycana qarşı təzyiqlərə nail olsunr”.

Ş.Ramaldanovun fikrincə, seçkilərə qədər sərhəddə gərginlik daha da arta bilər:

"Ümumiyyətlə, mən deyərdim ki, seçkiqabağı gərginlik yaratmaq üçün onlar hər yola əl atırlar. Azərbaycanın Silahlı Qüvvələri bununla bağlı bütün təhlükəsizlik tədbirlərini yaxşı qurub. Qeyd edə bilərik ki, Ermənistandan Azərbaycana qarşı bu şəkildə addımlar atılacağını dövlətimiz nəzərdən keçirirdi. Laçından tutmuş Kəlbəcərə kimi bütün diversiya qruplarının qarşısı alınıb.

Düşünürəm ki, seçkilərə qədər sərhəddə gərginlik davam edəcək. Bəlkə də gərginlik daha da artacaq. Ermənistandan hakimiyyət tam formalaşandan sonra əlbəttə Azərbaycanın tələbləri daha sərt olacaq”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol