• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”

“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”
12.06.2021 10:09
"Mən də belə güman edirəm ki, proseslərin gedişi buna doğru aparır”.

Bunu deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneçilik yaradacaqlarsa, o halda Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi sualına cavab olaraq F. Ağamalı deyib ki, əslində Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanması üçün əlinə çox güclü arqumentlər yığır:
"Onlardan da biri məhz Qareginin Xankəndiyə gəlməsi, orada revanşist fikirlər səsləndirməsidir, erməniləri sülhə, təhlükəsizliyə, əmin-amanlığa, birgəyaşayış qaydalarına əməl etməyə səsləmək əvəzinə, yerli ermənilərə intiqam almaq düşüncələrini aşılayaraq getdi. Bu, bizim üçün ciddi faktdır və bu kimi faktlar təbii ki,  Laçın dəhlizinin bağlanmasını reallaşdıra bilər. 

Lakin ortada Rusiya faktoru var, biz onu yaddan çıxartmayaq. Rusiya müharibədən sonra Ermənistanda məskunlaşan və Qarabağdan gedən bütün erməniləri ən müxtəlif şirnikləndirici amillərlə geri qaytarmağa çalışdı, az-çox buna nail oldu. 

Baxmayaraq ki, onun statistikasında şişirtmə var idi, guya Ermənistandan Qarabağa 60 min erməni qayıdıb. Lakin ölkə prezidentinin fikirləri daha mötəbər, daha ciddi və realdır. Prezident qayıdanların sayının 30 mindən yuxarı olmadığını dilə gətirdi. Bu yaxınlarda mən erməni saytlarından oxudum ki, Qarabağda ağlı başında olan, az-çox təhsilli ermənilər kütləvi şəkildə buranı tərk edirlər. Söhbət müəllimlərdən, həkimlərdən, orta texniki savadı, peşəsi olan insanlardan gedir ki, bunlar da əhalinin ən aktiv və gənc kateqoriyasıdır. 

Qarabağda qalanlar da qoca, əlsiz-ayaqsız, imkansız və onun-bunun qapısında məhkum olan insanlardır. Bir sözlə, biz bəlkə də bunu gözləməliyik ki, Rusiya sülhməramlıları ilə üz-üzə gəlməmək üçün proses bu şəkildə davam etsin. Eyni zamanda, Rusiya sülhməramlılarının da öz missiyasından kənara çıxmasına imkan verməli deyilik”.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol