• $
  • €
  • ₽
  • ₺
  • £

Mövlud Çavuşoğlu: "Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar"

Mövlud Çavuşoğlu: "Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar"
16.06.2021 13:43
"Biz Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik. Bundan da ən çox faydalanan Ermənistan və erməni xalqı olacaq. Çünki illərdir Ermənistan özünü təcrid edib, kənarlaşdırıb”.

Anews.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumundan əvvəl baş tutmuş brifinqdə deyib.

"Ermənistanın öz səhvləri səbəbindən qonşuları ilə əlaqələri yaxşı olmayıb. Ümid edirəm ki, Ermənistan bundan dərs çıxarar və bölgəyə sülh və sabitlik hakim olar. Əlbəttə, bu sülh və sabitlik şəraitində iqtisadi artım və rifah olacaq, vacib layihələr həyata keçiriləcək. Hazırda vacib layihələr – quru yollar, dəmir yolları, nəqliyyat, logistika, ticarət üzrə layihələr müzakirə olunur. Bir qədər öncə dediyim kimi, bundan ən çox Ermənistan faydalanacaq, hamımız faydalanacağıq”, - XİN başçısı əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra öz torpaqlarını azad edib: "Hər kəs Azərbaycanın sərhədlərinin toxunulmazlığına və onun ərazi bütövlüyünə hörmət göstərməlidir. Uzun illər Azərbaycan bu məsələnin diplomatiya yolu ilə həlli üçün səbr edib. Amma təəssüflər olsun ki, bu məqsədlə başladılan təşəbbüslərin heç biri Azərbaycan torpaqlarının azad edilməsi üçün yetərli olmayıb. Əlbəttə, Azərbaycanın səbri sonsuz deyil və lazım olan edildi. Azərbaycan torpaqlarını azad etdi”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol