• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin törətdiyi dağıntılar Meksika televiziyasında

Ermənilərin törətdiyi dağıntılar Meksika televiziyasında
18.06.2021 21:00
Meksikanın nüfuzlu "Canal 22” dövlət televiziyasının "Xəbərlər” proqramında işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və bu ərazilərin yenidən qurulması istiqamətində Azərbaycan tərəfindən görülən işlər haqda səfir Məmməd Talıbovun müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə ilk olaraq, erməni təcavüzünün tarixi və Vətən müharibəsinin yekunları haqda məlumat verilib, 30 ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərinin beşdə birində bütün yaşayış infrastrukturunun məhv edildiyi və ölkəmizə aid tarixi-mədəni abidələrin erməni vandalizminə məruz qaldığı bildirilib.

Hazırda 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün mümkün qədər qısa zamanda öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın bütün səylərini bu ərazilərin minalardan tam təmizlənməsi və yenidən qurulmasına yönəltdiyi, bu xüsusda artıq nəqliyyat yolları, hava limanları, hospital, məktəb və digər zəruri infrastruktur layihələrinin inşasının həyata keçirildiyi deyilib.

Müsahibədə, həmçinin Azərbaycan hökumətinin bu ərazilərdə erməni vandalizminin qurbanı olmuş tarixi-mədəni abidələrimizin, xüsusilə ölkəmizin mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin mədəni irsinin bərpası yönündə önəmli addımlar atdığı söylənilib.

Söhbət zamanı Azərbaycanın çoxmədəniyyətlilik ənənələri, müxtəlif sivilizasiyalar və fərqli mədəniyyətlər arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə ölkəmizdə uğurla aparılan "Bakı prosesi”, bu çərçivədə həyata keçirilmiş mötəbər tədbirlər və bu addımların sözügedən sahəyə verdiyi önəmli töhfələr haqda məlumat verilib.

Sonda Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf tempi haqda danışılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol