• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq”

“Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq”
19.06.2021 12:13
"Regional əməkdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir. İnanıram ki, bölgədəki qonşularımız üçün də bu belədir”.

Bu fikirləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” panelində çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla əla münasibətləri var: "Azərbaycan bizim strateji tərəfdaşımızdır. Türkiyə də həmçinin. Ermənistanla tarixi yaxın dostluq münasibətlərimiz var. Regional əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əla praktiki nümunələri var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və digər layihələrdə iştirak edirik. Bu layihələr praktiki əməkdaşlığın nümayişidir. Bu mesajı bölgədəki digər ölkələrə, ermənistanlı həmkarlarımıza da göndəririk. Biz Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa, iqtisadi əməkdaşlıq üzrə konkret layihə və ideyaları inkişaf etdirməyə hazırıq. Bu sahələr nəqliyyat, rabitə, Qara və Xəzər dənizlərinin potensialının istifadəsi, humanitar, biznes və ticari əlaqələr, mədəni sahələri əhatə edə bilər. Türkiyə, ABŞ, Avropa İttifaqının də bu layihələrə qoşulması və inkişafı imkanlarını nəzərdən keçirmək olar. Çünki mühüm əhəmiyyətli iqtisadi layihələr olmadan sabitlik mümkün deyil, sabitlik olmadan isə inkişaf və tərəqqi yoxdur”.

D.Zalkaliani Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub. "Bu razılşma yaxşı başlanğıcdır. Bu prosesin inkişaf potensialı var. Ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra üçtərəfli əməkdaşlıqla bağlı müzakirələri davam etdirmək imkanı olacaq. Türkiyə, ABŞ və Avropa İttifaqının də bu regional əməkdaşlıqda vacib rol oynayacağına inanıram”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol