• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman mina təhlükəsi ilə bağlı hesabat hazırlayıb

Ombudsman  mina təhlükəsi ilə bağlı hesabat hazırlayıb
21.06.2021 13:34
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan təlafatı ilə bağlı Ad hoc hesabat ünvanlayıb.

Ombudsman Aparatından verilən məlumata görə, hesabatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, düşmən tərəfin silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı barəsində məlumat verilib. Bundan əlavə, hesabatda Ermənistanın beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozması hüquqi cəhətdən əsaslandırılıb.

Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Ombudsman hesabatda Ermənistan dövlətinin beynəlxalq hüquq və beynəlxalq hümanitar huquq normalarına, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi, bununla 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə maneə törətməsi ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını günahsız insanların həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol