• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi
21.06.2021 14:22
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanunu imzalayıb.


Anews.az-ın xəbərinə görə, sənədə əsasən, Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.


Belə ki, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında "qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.


Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunur.


Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi digər şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.


Peşə təhsili müəssisələrinə tələbə qəbulu meyarı tərəflər tərəfindən müəyyən ediləcək.


Yaradılacaq peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi), Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınacaq.


Peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq iki diplom veriləcək.


Peşə təhsili müəssisələrində işləyəcək kadrlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək.


Türk rəhbər işçi və müəllimlərin təyin edilməsi, əməkhaqqı, iş şəraiti və vəzifə müddətləri Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək və əməkhaqqı Türkiyə tərəfindən ödəniləcək.


Azərbaycanlı rəhbər işçi, müəllim və digər kadrların təyin edilməsi və əməkhaqqının ödənilməsi Azərbaycan tərəfindən həyata keçiriləcək.


Peşə təhsili müəssisələrində ödənişli kurs proqramı açıldığı təqdirdə kurslara təyin ediləcək türk və azərbaycanlı müəllimlərin əməkhaqqı Azərbaycan tərəfindən ödəniləcək. Protokolun tətbiq edilməsinə görə Azərbaycan hökuməti adından Təhsil Nazirliyi, Türkiyə hökuməti adından Türkiyə Milli Təhsil Nazirliyi öhdəlik daşıyacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol