• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “İki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil”

Zahid Oruc: “İki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil”
22.06.2021 11:32
2 gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr  razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur. Digər tərəfdən, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Koçaryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdilər. Əks halda, dünya tarixində məğlub Ali Baş komandana yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir. Ona görə də 15 iyunda-Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

Qardaş dövlət liderinin Bakıda, yaxud, azad olunan digər torpaqlarda deyil, məhz Şuşada qəbulu prezident İlham Əliyevin dövlət rituallarından, himni, gerbi və hərbi marşlarınadək, fəxri qarovul düzülüşündən Zəfər yolunda fəth olunmuş zirvələri fəxarətlə göstərməsinə qədər hər bir addımı tarixi qalaya siyasi paytaxt statusu qazandırır, Qarabağa Azərbaycanın dövlətçilik atributlarını qaytarır. İndi bütün dünya görür ki, dövlət başçısı ölkəsini yeni siyasi mərkəzdən idarə edir və 30 il yarada bilmədiyimiz üçlüyü-Bakını iqtisadi, Gəncəni mədəni, Şuşanı isə siyasi paytaxta çevirməklə dövlətimizin təməllərinin bütövlüyünü təmin edir.

Ona görə də iki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil, əksinə 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə döndərir. Ərdoğanın səfəri dövlət başçılarından birincisinin-bizə qardaş ölkənin ilk səfəri olsa da, yeni seçilən İran prezidenti, o cümlədən, ABŞ və Rusiya rəhbərləri də gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır.Bizim tarixi qələbəmiz yalnız Azərbaycana və Türkiyəyə deyil, ədalət tərəfində olan hamıya məxsusdur. 

1991-ci ilin oktyabrında təkcə BMT sənədlərində ərazi bütövlüyümüz tanınmışdısa, indi bütün sərhədlərimizin keşiyində şanlı ordumuz dayanır. Ona görə də 15 iyunda Şuşada şəhidlərimizin qazandığı növbəti Qurtuluş bəyannəmasi Kamal Atatürk-Heydər Əliyev ideallarının vahid bir sənəddə birləşməsidir. Bəyənnamə göstərir ki, biz Şuşada və Qarabağda bir daha qan tökülməsini istəmirik, eyni zamanda xarici dövlət ordularının da torpaqlarımızda üz-üzə gəlməsinin əleyhinəyik. İlham Əliyevin Qarsdan Naxçıvana, Şuşadan bütün Qafqazlaradək sülhü təmin edən siyasəti əsrlərdir bu regionda qanlı savaşlar aparanlara yalnız alternativ bir yol təklif edir-sülh və barış yolu, birbaşa dialoq yolu!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol