• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar” - ZƏRƏRÇƏKMİŞ

“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar” - ZƏRƏRÇƏKMİŞ
23.06.2021 14:23
"1994-cü ildə Kəlbəcər istiqamətində, Murovdağda əsir düşmüşəm”.


Anews.az bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Yaşar Abduləliyev deyib.


O bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: "Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar”.


"Mkrtiçyan, Qəhərmanyan, Petrosyan məni dəfələrlə döyürdü. Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlpətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.


Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanı”dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”./report/

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol