• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib

Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib
25.06.2021 14:45
"26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir.

İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

"26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilib.

Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olublar.

Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən "Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışıblar.
Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilib və xatirə fotoşəkli çəkilib.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol