• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Əmrullayev bu universitetə yeni prorektor təyin etdi

Emin Əmrullayev bu universitetə yeni prorektor təyin etdi
29.06.2021 19:52
Təhsil naziri Emin Əmrullayevin iyunun 25-də imzaladığı müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin olunub.
 
Universitetdən Modern.az-a verilən məlumata görə, əmrə əsasən Könül İsak qızı Pirverdiyeva Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.
İyunun 29-da universitetdə yeni prorektorun təqdimatı olub. Könül Pirverdiyevanı ali təhsil müəssisəsinin rəhbər heyətinə rektor, professor Cəfər Cəfərov təqdim edib.
 
Qeyd edək ki, K. Pirverdiyeva Bakı Slavyan Universitetinin "Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr, həmin universitetin "Ümumi pedaqogika, pedagogikanın və təhsilin tarixi” istiqaməti üzrə doktorantura təhsil pilləsinin məzunudur. Hazırda Türkiyə hökumətinin təqaüdü ilə Başkənt Universitetində Təhsilin idarə olunması ixtisası üzrə ikinci doktorantura təhsilini davam etdirir. ABŞ Dövlət Departamentinin təşkil etdiyi "ABŞ-da dərslik və tədris proqramlarının hazırlanması” istiqaməti üzrə təqaüd proqramının məzunudur. Honqkonq, Almaniya, Malta, Avstriya, Türkiyə, Gürcüstan və s. ölkələrdə beynəlxalq təlim və seminarlarda iştirak edib.
 
Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Şurasında ümumi şöbə müdiri və "Təhsil və zaman” qəzetində köşə yazarı olaraq başlayıb, daha sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində elmi işçi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təhsildə İnnovasiyalar Mərkəzində baş mütəxəssis, daha sonra həmin mərkəzin müdiri, AR Təhsil İnstitutunda Psixoloji xidmət şöbəsinin müdiri olaraq çalışıb. ADPU-da, ADBTİA-da Təhsilin idarə olunması və Pedaqogika tarixi fənlərini tədris edib.
Beynəlxalq şagird qiymətləndirmə proqramlarına (PIRLS, TIMSS və PISA) hazırlıq və onların təşkili, ümumtəhsil məktəblərində şagird nailiyyətinin qiymətləndirmə müxanizmlərinin, həmçinin mövcud tədrisin məzmununun beynəlxalq qiymətləndirmə tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, ibtidai sinif şagirdlərində oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikalarının hazırlanması, xüsusilə regionlarda çalışan müəllimlərin peşəkarlığının artırılması, gənc müəllimlərə metodiki dəstəyin göstərilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmət işinin təşkili kimi bir sıra mühüm layihələrə rəhbərlik edib.
 
İbtidai təhsil səviyyəsi üzrə oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi, simulyativ tapşırıqlar əsasında riyaziyyatın tədrisi və qiymətləndirilməsi kimi bir sıra tədris vəsaitlərinin müəllifi və redaktorudur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol