• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun həbs cəzasıyla bağlı RƏSMİ AÇIQLAMA

Mübariz Mənsimovun həbs cəzasıyla bağlı RƏSMİ AÇIQLAMA
30.06.2021 16:28
İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində "iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək" cinayətinə görə verilən 5 illik həbs qərarını qanuna uyğun sayıb.

Bununla da İstanbul 27-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Mübariz Mənsimova martın 5-də verilən cəza qüvvədə saxlanılıb, yəni, Mənsimovun apellyasiya şikayəti təmin edilməyib.

Habelə, İstanbul Region Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsinin sənədlər üzərindən apardığı təhlildən sonra verdiyi qərarda Mənsimova verilən 5 illik həbs cəzası ilə bağlı qərarın qanunazidd olmadığını bəyan edib.

Dəlil və prosesdə hər hansısa çatışmazlığın olmadığı, sübut baxımından dəyərləndirmənin də yerində olduğu qeyd edilən qərarda bu səbəbdən təqsirləndirilən Mübariz Mənsimovun vəkillərinin irəli sürdüyü səbəbləri düzgün saymayaraq apellyasiya müraciətinin rədd edilməsinə qərar verilib.

Qərarda təqsirləndirilən Mübariz Mənsimov haqqında "ölkədən çıxış qadağası"nın davam etdiyi vurğulanıb.

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamnamədə M.Mənsimovun "FETÖ terror təşkilatının üzvü olmaq” cinayətilə 7 il 6 aydan 15 ilə qədər həbslə cəzalandırılması tələb edilmişdi.

İstanbul 27-ci Ağır Cəza Məhkəməsi bu il martın 5-də açıqladığı qərarla M.Mənsimova 5 il həbs cəzası vermişdi. Məhkəmə onun həbsdə keçirdiyi müddəti və aldığı cəzanın miqdarını nəzərə alaraq onun barəsində "ölkədən çıxma qadağası” tədbirləri görülməsinə qərar vermişdi.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol