• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda müxalif jurnalistlər parlament binasına daxil oldular - VİDEO

Gürcüstanda müxalif jurnalistlər parlament binasına daxil oldular - VİDEO
12.07.2021 14:24
Gürcüstanda deputatlarla görüş tələb edən müxalif jurnalistlər parlament binasına daxil olublar.


"Sputnik Gürcüstan” xəbər verir ki, müxalifət televiziyası "TV Pirveli”nin qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda dava başlayıb. O, yaralanıb.


Hazırda konfrans salonunda qarşıdurma davam edir, vəziyyət gərgin olaraq qalır.


Gürcüstan və Avropa İttifaqının bayraqlarını kürsüyə asan müxalifət nümayəndələri Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburia, Xatuna Samnidze, Ana Natsvlşvili parlamentin sədrinin yerinə keçiblər. Onlar tribunadan hökumətin istefasını tələb edirlər.


Məhkəmə icraçıları müxalifətin bir hissəsini salondan çıxarmağa çalışırlar.


Parlamentin plenar iclası pozulub.


"Bu, düşünülmüş təxribat idi. Onlar (müxalifət-red.) uzun müddətdir buna can atırdılar”, - deyə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan millət vəkili Şalva Papuaşvili bildirib.


Parlamentə girmədən əvvəl jurnalistlər baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq açıqlama yayıblar. Bunun səbəbi 5 iyul Tbilisidəki iğtişaşlar zamanı ağır döyüldükdən altıncı gün sonra vəfat edən "TV Pirveli”nin operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər hesab edirlər ki, səlahiyyətlilər iğtişaşlar zamanı vətəndaşları qorumadıqları üçün məsuliyyətə cəlb edilməlidirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol