• $
  • €
  • ₽
  • ₺
  • £

Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı

Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı
06.08.2021 11:11
"Avqustun 4-də 6 nəfər xanım əllərindəki boyanı Xəzər rayonu Polis İdarəsinin inzibati binasının üzərinə yaymışdılar. Daha sonra Polis İdarəsinin binasına icazəsiz daxil olmuşdular”.


Bunu "Amerikanın səsi”nə açıqlamasında Xəzər Rayon Cinayət-Axtarış şöbəsinin rəisi, polis mayoru Elnur İsmayılov deyib. Feminist fəalların Polis İdarəsi qarşısındakı aksiyasından danışan şöbə rəisi bildirib ki, onlarla söhbət aparılıb: "Törətdikləri hadisənin tərkib əməlində xuliqanlıq olmasına baxmayaraq, Azərbaycan xanımı olduqlarına görə humanistlik nümayiş etdirilib. Onların barəsində hər hansı bir intizam tədbiri görülməyib. Hadisə zamanı heç kim saxlanılmayıb. Onlar özləri Polis İdarəsinin binasına daxil olublar. Həmin şəxslərlə söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar”.


Sözügedən şəxslər Polis İdarəsinin qarşısına toplaşaraq əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. Onların iddiasına görə, idarəyə çağırıldıqdan sonra qadınlara qarşı təhqiredici söz və hərəkətlərdən istifadə edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə saytımıza bildirib ki, sözügedən şəxslərin iddiaları əsassızdır: "Bu, həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol