• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb
06.08.2021 20:29
Bu gün xarici işlər naziri Ceyhun Bayramov İraqın rabitə naziri Arkan Şihab Al-Şeybaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Anews.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov görüşdə Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edərək, Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz arasında səmərəli əməkdaşlıq və əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. 

Nazir C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İraqın hər zaman ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 44 günlük Vətən müharibəsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, dini və mədəni abidələrin dağıdılması, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mina təhlükəsi və ailələrin öz doğma yurdlarına geri dönməsinin vacibliyi barədə ətraflı məlumat verib.

Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol